QR CodeQR Code

Qərb Suriyada məğlub olduqdan sonra indi də İraqı hədəfə alıb

İslamtimes , 27 Jan 2013 08:59

İslamtimes - İranlı millət vəkili Qərb-Ərəb birliyinin İraqın sülh və stabilliyinə qarşı hazırladığı təxribat planlarına qarşı xəbərdarlıq etmiş və İraq xalqını bu cür təxribatlar qarşısında ayıq-sayıq olmağa çağırmışdır.


islamtimes.org/az/ - İran məclisinin üzvü olan Cavad Cəhangirzadə cümə günü jurnalistlərə açıqlamasında deyib: “Mürtəce Ərəb dövlətləri öz qərbli ağaları ilə bir yerdə İraqda əldə edilə stabillik və sülhü pozmağa çalışırlar.”

O əlavə edərək deyib ki, Qərb ölkələri Suriyada məğlub olduqdan sonra indi də İraqda yeni münaqişə ocaqları yaratmaq istəyirlər və İraq xalqının və siyasətçilərinin ayıq-sayıqlığı nəticəsində bu ssenari də tezliklə müvəffəqiyyətsizliyə uğrayacaq.

İranlı millət vəkili qeyd edərək bildirib ki, İraq Suriya prezidenti Bəşər Əsədin devrilməsi üçün hazırlanan layihənin məğlubiyyətinin əvəzini ödəyir.

O əlavə edərək deyib ki, siyasi və məzhəbi ayrılıqlar Qərb ölkələrinin müdaxiləsi üçün şərait yaradır.

İraq maliyyə nazirinin cangüdəni terror hadisəsi ilə bağlı həbs edildikdən sonra 2012-ci il 23 dekabrdan etibarən İraqda bir neçə hökumət əleyhinə nümayişlər keçirilib.

İraq hökumətinin dəstəkçiləri də keçən bir neçə həftə ərzində müxtəlif şəhərlərdə hökumətə dəstək nümayişləri keçiriblər.

İraq baş naziri Nuri əl Maliki 2 yanvarda söz verərk etirazçıların bəzi tələbləri ilə məşğul olacağını demiş və bildirmişdir ki, əgər onlar milli təhlükəsizliyi pozmaq və xaos yaratmaq istəsələr bu zaman polisin müdaxiləsi ilə qarşılaşacaqlar.


Story Code: 235049

News Link :
https://www.islamtimes.org/az/news/235049/qərb-suriyada-məğlub-olduqdan-sonra-indi-də-iraqı-hədəfə-alıb

Islam Times
  https://www.islamtimes.org