QR CodeQR Code

Suriya ordusu Dəməşq ətrafında geniş əməliyyata hazırlaşır

3 Feb 2013 15:20

IslamTimes - Ötən gün terroristlərin hücumlarına sarsıdıcı zərbələrlə cavab verən Suriya ordusu yeni əməliyyatlara hazırlaşır.


“IslamTimes” Əl-əhd xəbər agentliyinə istinadən bildirir ki, Suriya ordusu Beynəlxalq Dəməşq Hava Limanı yaxınlığında yerləşən Həran-Əl-əvamid məntəqəsində təmizləmə əməliyyatlarına başlayıb.

Ötən gün özünü müxalifət adlandıran silahlı teroristlər uyğun məntəqəyə daxil olmaq istəyiblər. Onların planından xəbər tutan Suriya ordusu teroristlərə ciddi zərbə vurub.

Bundan əlavə ötən gün üç terorist qurup Dəməşq ətrafındakı yoxlama məntəqlərinə hücum ediblər. Bu hücumlar da ordunun ciddi müqaviməti ilə üzləşib və çox sayda terorist məhv edilib.

Suriya ordusu Dəməşqin teroristlərdən təmizlənməsi üçün yeni əməliyyatlara hazırlaşır.


Story Code: 236884

News Link :
https://www.islamtimes.org/az/news/236884/suriya-ordusu-dəməşq-ətrafında-geniş-əməliyyata-hazırlaşır

Islam Times
  https://www.islamtimes.org