QR CodeQR Code

Ban Ki Mun narahatdır

6 Feb 2013 15:52

IslamTimes - BMT-nin baş katibi yaşayış məskənlərinin artmasının sülh qarşısındakı ən böyük maneə olduğunu bildirib


BMT-nin baş katibi Ban Ki Mun işğalçı İsrailin qanunsuz yaşayış məskənlərinin dramatik şəkildə artmasından narahat olduğunu söyləyib.

Baş katib bu fəaliyyətlərin qanunsuz olduğunu və iki dövlətli həll modeli qarşısındakı ən böyük maneə olduğunu bildirib.

Ban Ki Mun İsrail-Fələstin probleminin həlli üçün beynəlxalq birliyin yeni müzakirələrə dəstək verməyə hazır olduğunu qeyd edib: "Ancaq tərəflər sülh prosesini irəlilətmək üçün ciddi öhdəliklər götürməsələr, bu səylərin heç bir mənası olmaz. Xüsusilə də İsrailin qanunsuz yaşayış məskənlərini artırması bu prosesin qarşısındakı ən böyük maneədir".


Story Code: 237639

News Link :
https://www.islamtimes.org/az/news/237639/ban-ki-mun-narahatdır

Islam Times
  https://www.islamtimes.org