QR CodeQR Code

İsrailin sabiq kəşfiyyat rəisi əl Qaidə ilə sıx əlaqələr qurmağa çağırıb

Islamtimes , 7 Feb 2013 00:05

İslamtimes - İsrailin sabiq hərbi kəşfiyyat rəisi qeyd edərək bildirib ki, Sionist rejimi İrana qarşı Suriyada mövcud olan əl Qaidəyə bağlı qruplar ilə sıx əlaqələr qurmalıdır.


islamtimes.org/az/ - Yerusəlim Post qəzetinin bildirdiyinə görə general mayor Amos Yadlin deyib ki, İsrail “böyük düşmən olan İran” qarşı Suriyada mövcud olan Sunni qüvvəlləri ilə möhkəm əlaqələr qurmalıdır.

Milli Təhlükəsizlik Tədqiqatları inistitutunda 2012-2013-cü illər strateji qiymətləndirmə mövzusunda çıxış edən Yadlin deyib ki, Suriya regionda İran tərəfindən idarə edilən müqavimət cəbhəsinin mühüm bir hissəsidir.

O qeyd edərək bildirib ki, Suriyada mövcud olan dağıdıcı münaqişə İsrailə strateji xeyirlər bəxş edib.

Stopimperialism.com veb səhifəsinin yaradıcısı Eric Draister Press TV-yə müsahibəsində deyib ki, İsrail və əl Qaidə Suriyada stabilliyi pozan və münaqişəni yaradan bir qəpiyinin iki üzü kimidirlər.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Ordu və təhlükəsizlik qüvvəlləri də daxil olmaqla münaqişə nəticəsində xeyli dinc vətəndaş həlak olub.

Suriya hökuməti dəfələrlə bəyan edərək bildirib ki, ölkədəki münaqişə xarici qüvvəllər tərəfindən qızışdırılır və hökumətə qarşı döyüşən üsyançıların əksəriyyəti xarici vətəndaşlardan ibarətdir.


Story Code: 237734

News Link :
https://www.islamtimes.org/az/news/237734/israilin-sabiq-kəşfiyyat-rəisi-əl-qaidə-ilə-sıx-əlaqələr-qurmağa-çağırıb

Islam Times
  https://www.islamtimes.org