0
Thursday 7 February 2013 - 00:05

İsrailin sabiq kəşfiyyat rəisi əl Qaidə ilə sıx əlaqələr qurmağa çağırıb

Story Code : 237734
İsrailin sabiq kəşfiyyat rəisi əl Qaidə ilə sıx əlaqələr qurmağa çağırıb
İsrailin sabiq kəşfiyyat rəisi əl Qaidə ilə sıx əlaqələr qurmağa çağırıb
Islam times.org/az/ - Yerusəlim Post qəzetinin bildirdiyinə görə general mayor Amos Yadlin deyib ki, İsrail “böyük düşmən olan İran” qarşı Suriyada mövcud olan Sunni qüvvəlləri ilə möhkəm əlaqələr qurmalıdır.

Milli Təhlükəsizlik Tədqiqatları inistitutunda 2012-2013-cü illər strateji qiymətləndirmə mövzusunda çıxış edən Yadlin deyib ki, Suriya regionda İran tərəfindən idarə edilən müqavimət cəbhəsinin mühüm bir hissəsidir.

O qeyd edərək bildirib ki, Suriyada mövcud olan dağıdıcı münaqişə İsrailə strateji xeyirlər bəxş edib.

Stopimperialism.com veb səhifəsinin yaradıcısı Eric Draister Press TV-yə müsahibəsində deyib ki, İsrail və əl Qaidə Suriyada stabilliyi pozan və münaqişəni yaradan bir qəpiyinin iki üzü kimidirlər.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Ordu və təhlükəsizlik qüvvəlləri də daxil olmaqla münaqişə nəticəsində xeyli dinc vətəndaş həlak olub.

Suriya hökuməti dəfələrlə bəyan edərək bildirib ki, ölkədəki münaqişə xarici qüvvəllər tərəfindən qızışdırılır və hökumətə qarşı döyüşən üsyançıların əksəriyyəti xarici vətəndaşlardan ibarətdir.
Source : Islamtimes
Comment