QR CodeQR Code

Kevin Barret:

Suriyalı üsyançılar İsrailin muzdurlarıdır

Islamtimes , 7 Feb 2013 00:13

İslamtimes - Siyasi analitik deyib ki, Suriya hökumətinə qarşı döyüşən və Tel Əvivin regional maraqlarını həyata keçirmək üçün Suriyada stabilliyi pozan əl Qaidə terrorçuları faktiki olaraq İsrailə xidmət edən muzdurlardır.


islamtimes.org/az/ - Çərşənbə axşamı günü Press TV-yə müsahibə verən Kevin Barrett deyib: “Səudiyyə Ərəbistanın həbsxanalardan azad edərək Suriyadakı insanları qətlə yetirmək üçün oraya göndərdiyi əl Qaidə üzvü olan terroristlər əslində İsrail maraqlarına xidmət edən muzdur qullardır.”

İsrailin Dəməşq yaxınlığında bu yaxınlarda elmi tədqiqat mərkəzinə qarşı həyata keçirdiyi hava hücumuna toxunan Barrett deyib ki, bu hücum Suriyada stabilliyi pozmağa yönələn sonuncu ümidsiz hücum əməliyyatı idi.

O əlavə edərək deyib: “Həqiqətdə xaricilər tərəfindən Suriyada stabilliyi pozmaq üçün təşkil edilən Suriyadakı üsyan çıxılmaz vəziyyətə düşüb və mən fikirləşirəm ki, Dəməşqə qarşı olan bu hücum əslində İsrail ilə əl Qaidə arasında olan sıx bağlılığı və əməkdaşlığı göstərir.”

Analitik həmçinin deyib ki, Suriyanı dağıtmağa cəhd edən üsyançıları dəstəkləyən xarici dövlətlər də artıq çıxılmaz vəziyyətə düşüblər və İsrailin hücumu sübut etdi ki, onların Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdən devirmək haqqındakı planları boşa çıxıb.


Story Code: 237736

News Link :
https://www.islamtimes.org/az/news/237736/suriyalı-üsyançılar-israilin-muzdurlarıdır

Islam Times
  https://www.islamtimes.org