QR CodeQR Code

Netanyahunun müşaviri: "İsrail dostlarını itirir"

8 Feb 2013 16:33

IslamTimes - Amidror Yaakov: "Biz dünyanın heç bir yerində şəhərsalma işlərimizlə bağlı izah verə bilmərik."


"IslamTimes" "Haartez" qəzetinə istinadən xəbər verir ki, İsrail baş naziri Benyamin Netanyahunun Milli Təhlükəsizlik İşləri üzrə müşaviri Amidror Yaakov deyib: "Biz dünyanın heç bir yerində şəhərsalma işlərimizlə bağlı izah verə bilmərik."

Yaakov əlavə edib: "Bu tikinti işləri diplomatik bir problemə çevrilib və İsrailin Qərbdəki dostlarının dəstəyini itirməsinə səbəb olub."

Bu sözlər Netanyahunun ABŞ-a planlaşdırılan səfərindən öncəyə təsadüf edir. Netanyahunun ABŞ-a yollanması isə Obamanın İsrailə səfəri üçün bir müqəddimə kimi dəyərləndirilir.

Xatırladaq ki, işğalçı İsrail rejimi 2012-ci ilin noyabr ayında beynəlxalq etirazlara baxmayaraq işğal olunmuş ərazilərdə daha 3000 mənzil inşa etmək barədə qərar qəbul edib.


Story Code: 238155

News Link :
https://www.islamtimes.org/az/news/238155/netanyahunun-müşaviri-israil-dostlarını-itirir

Islam Times
  https://www.islamtimes.org