0
Friday 8 February 2013 - 16:33

Netanyahunun müşaviri: "İsrail dostlarını itirir"

Story Code : 238155
Netanyahunun müşaviri: "İsrail dostlarını itirir"
"IslamTimes" "Haartez" qəzetinə istinadən xəbər verir ki, İsrail baş naziri Benyamin Netanyahunun Milli Təhlükəsizlik İşləri üzrə müşaviri Amidror Yaakov deyib: "Biz dünyanın heç bir yerində şəhərsalma işlərimizlə bağlı izah verə bilmərik."

Yaakov əlavə edib: "Bu tikinti işləri diplomatik bir problemə çevrilib və İsrailin Qərbdəki dostlarının dəstəyini itirməsinə səbəb olub."

Bu sözlər Netanyahunun ABŞ-a planlaşdırılan səfərindən öncəyə təsadüf edir. Netanyahunun ABŞ-a yollanması isə Obamanın İsrailə səfəri üçün bir müqəddimə kimi dəyərləndirilir.

Xatırladaq ki, işğalçı İsrail rejimi 2012-ci ilin noyabr ayında beynəlxalq etirazlara baxmayaraq işğal olunmuş ərazilərdə daha 3000 mənzil inşa etmək barədə qərar qəbul edib.
Comment