QR CodeQR Code

Şimali Koreya nüvə sınaqlarına başlaması barədə ABŞ və Çini xəbərdar etdi

Deyerler , 12 Feb 2013 10:17

IslamTimes - Şimali Koreya bu gündən etibarən nüvə silahlarının sınaqlarına başlaması barədə Çin və ABŞ-a xəbərdarlıq edib


Eyni zamanda Birləşmiş Millətlər Təşkilatındakı mənbələr bildiriblər ki, təşkilat da nüvə sınaqlarının məhz bu gün başlaması barədə məlumatlı olub. Məlumata görə, bu barədə Cənubi Koreyanın diplomatik dairələri BMT-ni xəbər verib.
 
BMT Təhlükəsizlik Şurası bu gün günorta saatlarında Şimali Koreyadakı vəziyyət ilə əlaqədar təcili toplanacaq. İclas Şimali Koreyanın tarixi boyunca üçüncü dəfə nüvə silahlarını sınaqdan keçirməsinə həsr olunacaq.
 
Şimali Koreyanın rəsmi dairələri isə hələlik nüvə sınaqlarının keçirilməsi ilə bağlı rəsmi şərh verməyib. Hərbi ekspertlər Şimali Koreyada baş verə biləcək partlayışın gücünü 6-7 kiloton kütləsində dəyərləndirir.


Story Code: 239038

News Link :
https://www.islamtimes.org/az/news/239038/şimali-koreya-nüvə-sınaqlarına-başlaması-barədə-abş-və-çini-xəbərdar-etdi

Islam Times
  https://www.islamtimes.org