QR CodeQR Code

Ərdoğanın “general ovu“ davam edir

XezerXeber , 14 Feb 2013 16:37

IslamTimes - Türkiyədə 28 fevral (28 şubat) istintaqı çərçivəsində ifadə verən 5 generaldan 4-ü həbs olunub.


Ankaradakı 3 saylı növbətçi məhkəmədə ifadələri alınan istefada olan ordu generalı Orxan Yöney, istefada olan admiral Hayri Bülent Alpkaya, istefada olan general-leytenant Köksal Karabay və istefada olan vitse-admiral Altac Atılan barəsində həbs qərarı verilib. İstefada olan general-mayor Ersin Yılmaz isə məhkəmənin nəzarətində qalmaq şərti ilə azadlığa buraxılıb.
 
Xatırladaq ki, 1997-ci il fevralın 28-də Türkiyədə baş vermiş “müasir” hərbi dövlət çevrilişi barədə keçən il istintaq (28 şubat soruşturması) başladılmış və əksəriyyəti general olmaqla bir çox yüksək rütbəli hərbçi həbs olunmuşdu.


Story Code: 239605

News Link :
https://www.islamtimes.org/az/news/239605/ərdoğanın-general-ovu-davam-edir

Islam Times
  https://www.islamtimes.org