0
Thursday 14 February 2013 - 16:37

Ərdoğanın “general ovu“ davam edir

Story Code : 239605
Ərdoğanın “general ovu“ davam edir
Ankaradakı 3 saylı növbətçi məhkəmədə ifadələri alınan istefada olan ordu generalı Orxan Yöney, istefada olan admiral Hayri Bülent Alpkaya, istefada olan general-leytenant Köksal Karabay və istefada olan vitse-admiral Altac Atılan barəsində həbs qərarı verilib. İstefada olan general-mayor Ersin Yılmaz isə məhkəmənin nəzarətində qalmaq şərti ilə azadlığa buraxılıb.
 
Xatırladaq ki, 1997-ci il fevralın 28-də Türkiyədə baş vermiş “müasir” hərbi dövlət çevrilişi barədə keçən il istintaq (28 şubat soruşturması) başladılmış və əksəriyyəti general olmaqla bir çox yüksək rütbəli hərbçi həbs olunmuşdu.
Source : XezerXeber
Comment