QR CodeQR Code

Səudiyyə tərəfindən maliyyələşən terroristlər Pakistanda 2 şiə müsəlmanı şəhid ediblər

Islamtimes , 15 Feb 2013 22:14

İslamtimes - Səudiyyə tərəfindən himayə edilən və maliyyələşən Sipahe Səhabə terror təşkilatı dünən Pakistanın Karaçı və Dera şəhərlərində iki şiə müsəlmanı şəhid ediblər.


islamtimes.org/az/ - 13 Fevral tarixində Sepahe Səhabənin üzvləri olan Divbəndi silahlıları şiə aktivist olan Ənvər Abbası Karaçidə şəhid ediblər.

Səudiyyə Ərəbistanın maliyyələşdirdiyi terroristlər Karaçı şəhərinin mərkəz hissəsində yerləşən mağaza yaxınlığında Ənvər Abbasa hücum etmiş və onu ağır yaralamışdılar. O dərhal özəl xəstəxanaya aparılmış, ancaq həkimlərin müdaxiləsinə baxmayaraq şəhid olmuşdur.

İki il bundan əvvəl həbs edilmiş və indiyə qədər haqqında heç bir məlumat olmayan şiə müsəlman olan Seyyid Yunus Kaziminin cəsədi aşkar edilib.

30 yaşlı Seyyid Yunus Kazimi Dera İsmail Xanda Seyyid ailəsinin 22-ci şəhididir. Şəhidin cəsədində işgəncə izləri var idi. Şəhid çox alicənab bir ailəyə məxsusdur və bu ailənin İslamın həqiqi əhkamlarını çatdırmaq yolunda 22 şəhid verməsi ailənin üstünlüyün göstərir.

Yerli mənbənin bildirdiyinə əsasən şəhid hüquq icra orqanları nümayəndələri tərəfindən 2010-cu ildə qeyri qanuni şəkildə həbs edilmişdir.

Bu artıq üçüncü dəfədir ki, Dera İsamil Xanda şiə müsəlman qanunsuz yol ilə həbs edilir və daha sonra isə cəsədi tapılır.

Artıq Pakistanda insanların müəammalı vəziyyətdə yox çıxması, daha sonra isə onların işgəncə olunmuş cəsədlərinin aşkar edilməsi adi hala çevrilib.


Story Code: 239899

News Link :
https://www.islamtimes.org/az/news/239899/səudiyyə-tərəfindən-maliyyələşən-terroristlər-pakistanda-2-şiə-müsəlmanı-şəhid-ediblər

Islam Times
  https://www.islamtimes.org