QR CodeQR Code

İslam Rəhbəri: ABŞ-ın dünyada demokratiyanı yaymaq iddiaları yalandır

Islamtimes , 17 Feb 2013 08:09

IslamTimes - İslam İnqilabının Rəhbəri Ayətullah Əl üzma Seyyid Əli Xamenei deyib ki, dünyada demokratiyanı yaymaq və onu müdafiə etmək haqdakı iddialar ABŞ rəsmilərinin danışdıqları ən böyük yalanlardır.


islamtimes.org/az/ - Şənbə günü İslam Rəhbəri Təbriz camaatına müraciətdə deyib: “Bir tərəfdən onlar bu iddiaları edirlər, ancaq digər tərəfdən isə onlar regionda ən şəffaf demokratiyaya sahib olan İrana qarşı mübarizə aparırlar.”

Ayətullah Əl üzma Xamenei vurğulayaraq bildirib ki, amerikalılar regionda demokratiyanı yaydıqlarını iddia etsələr də, əslində onlar demokratiyadan heç bir anlayışı olmayan və xalqının bir dəfə də olsun ki, şəffaf seçki görmədiyi dövlətləri dəstəkləyir.

İslam Rəhbəri qeyd edərək bildirib ki, ABŞ-ın iki ölkə arasında olan problemləri həll etmək üçün İran ilə bir başa danışıqlar aparmaq təklifi ABŞ rəsmilərinin dildə bir cür, əməldə isə başqa cür olduqlarının bariz nümunəsidir.

“Amerikalılar İslam Respublikasının qurulmasını yalnış və düzgün olmadığını bildirdikləri və İran xalqına qarşı təziq və sanksiyalar tətbiq etdikləri halda onlar İran ilə danışıqlar aparmağı iddia edirlər.”


Story Code: 240257

News Link :
https://www.islamtimes.org/az/news/240257/islam-rəhbəri-abş-ın-dünyada-demokratiyanı-yaymaq-iddiaları-yalandır

Islam Times
  https://www.islamtimes.org