QR CodeQR Code

Şimali Koreya ABŞ-ı qorxutmağa başlayıb

20 Feb 2013 12:31

IslamTimes - KXDR tərəfindən "You Tube" video paylaşım saytına yerləşdirilən görüntüdə Amerika yenə nüvə silahı ilə təhdid olunub


Koreya Xalq Demokratik Respublikasının (KXDR) keçirdiyi üçüncü nüvə sınağından sonra ABŞ-ın sərt etirazı ilə qarşılaşan rəsmi Pxenyan, qarşı tərəfə video-roliklə cavab verib. KXDR tərəfindən "You Tube" video paylaşım saytına yerləşdirilən görüntüdə Amerika yenə nüvə silahı ilə təhdid olunub.
 
Qeyd edək ki, video-rolik əvvəldən axıra kimi alov içində olan ABŞ-ı xatırladıb. İlk olaraq Amerikanın işğalçı siyasətindən, daha sonra Vaşinqtonun nüvə təhlükəsi ilə üz-üzə olmasından bəhs edən görüntülər Amerika rəhbərliyini narahat etməyə başlayıb.  /FaktXəbər/


Story Code: 241183

News Link :
https://www.islamtimes.org/az/news/241183/şimali-koreya-abş-ı-qorxutmağa-başlayıb

Islam Times
  https://www.islamtimes.org