QR CodeQR Code

ABŞ-da növbəti fəlakət

22 Feb 2013 08:48

IslamTimes - Amerikanın mərkəzi ştatlarında qar çovğunu tüğyan edir, anormal hava şəraitindən 60 milyon adam əziyyət çəkir


ABŞ-ın mərkəzi ştatlarını 100 ilin ən güclü qar çovğunu cənginə alıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, anormal hava şəraitindən ölkənin 20 ştatında, o cümlədən Kanzas, Missuri, Kolorado, Arizona və Nebraskada 60 milyon adam əziyyət çəkir.   
 
Milli Meteorologiya Xidmətinin proqnozuna görə, qar örtüyünün hündürlüyü 45 sm təşkil edə bilər – bu cür intensiv qar ölkədə axırıncı dəfə 1912-ci ildə müşahidə olunub. Yerli KİV-lərin məlumatına görə, bir neçə şəhərlərdə bir çox müəssisələr və dövlət idarələri bağlanıb. Yerli hakimiyyət orqanları insanları imkan daxilində evdə qalmağa və müvəqqəti nəqliyyat vasitələrindən imtina etməyə çağırıb. Bir neçə aeroport uçuşların bir qismini təxirə salmaq niyyətindədir.   
 
Ən çətin vəziyyət Missuri ştatında qeydə alınıb, burada fövqəladə vəziyyət elan olunub.


Story Code: 241610

News Link :
https://www.islamtimes.org/az/news/241610/abş-da-növbəti-fəlakət

Islam Times
  https://www.islamtimes.org