0
Friday 22 February 2013 - 08:48

ABŞ-da növbəti fəlakət

Story Code : 241610
ABŞ-da növbəti fəlakət
ABŞ-ın mərkəzi ştatlarını 100 ilin ən güclü qar çovğunu cənginə alıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, anormal hava şəraitindən ölkənin 20 ştatında, o cümlədən Kanzas, Missuri, Kolorado, Arizona və Nebraskada 60 milyon adam əziyyət çəkir.   
 
Milli Meteorologiya Xidmətinin proqnozuna görə, qar örtüyünün hündürlüyü 45 sm təşkil edə bilər – bu cür intensiv qar ölkədə axırıncı dəfə 1912-ci ildə müşahidə olunub. Yerli KİV-lərin məlumatına görə, bir neçə şəhərlərdə bir çox müəssisələr və dövlət idarələri bağlanıb. Yerli hakimiyyət orqanları insanları imkan daxilində evdə qalmağa və müvəqqəti nəqliyyat vasitələrindən imtina etməyə çağırıb. Bir neçə aeroport uçuşların bir qismini təxirə salmaq niyyətindədir.   
 
Ən çətin vəziyyət Missuri ştatında qeydə alınıb, burada fövqəladə vəziyyət elan olunub.
Comment