QR CodeQR Code

Konqres Obamaya qarşı

22 Feb 2013 14:46

IslamTimes - ABŞ Konqresində respublikaçılar Çak Heygelin müdafiə naziri postuna namizədliyini geri götürülməsini tələb edib.


ABŞ Konqresində respublikaçılar Çak Heygelin müdafiə naziri postuna namizədliyini prezident Barak Obama tərəfindən geri götürülməsini və mübahisələr doğurmayan başqa bir şəxsin namizədliyini irəli sürülməsini tələb edirlər. Bir qrup senator fevralın 21-də müvafiq müraciəti ABŞ administrasiyası rəhbərinin adına ünvanlayıb. Müraciətin təşəbbüskarı Konqresin yuxarı palatasında respublikaçılar fraksiyası rəhbərinin müavini senator Con Kornindir. Məktubun müəllifləri qeyd edirlər ki, “bu yüksək vəzifəyə sahib çıxacaq şəxsin namizədliyi mübahisə fikir ayrılığı yaratmalı deyil”.

Respublikaçılar Çak Heygeli İsrailə qarşı sərt tənqidi mövqedən çıxış etməkdə, İrana qarşı isə yumşaqlıq nümayiş etməkdə günahlandırır.


Story Code: 241653

News Link :
https://www.islamtimes.org/az/news/241653/konqres-obamaya-qarşı

Islam Times
  https://www.islamtimes.org