0
Friday 22 February 2013 - 14:46

Konqres Obamaya qarşı

Story Code : 241653
Konqres Obamaya qarşı
ABŞ Konqresində respublikaçılar Çak Heygelin müdafiə naziri postuna namizədliyini prezident Barak Obama tərəfindən geri götürülməsini və mübahisələr doğurmayan başqa bir şəxsin namizədliyini irəli sürülməsini tələb edirlər. Bir qrup senator fevralın 21-də müvafiq müraciəti ABŞ administrasiyası rəhbərinin adına ünvanlayıb. Müraciətin təşəbbüskarı Konqresin yuxarı palatasında respublikaçılar fraksiyası rəhbərinin müavini senator Con Kornindir. Məktubun müəllifləri qeyd edirlər ki, “bu yüksək vəzifəyə sahib çıxacaq şəxsin namizədliyi mübahisə fikir ayrılığı yaratmalı deyil”.

Respublikaçılar Çak Heygeli İsrailə qarşı sərt tənqidi mövqedən çıxış etməkdə, İrana qarşı isə yumşaqlıq nümayiş etməkdə günahlandırır.
Comment