QR CodeQR Code

İranda yeni hərbi təlim keçirilir

23 Feb 2013 17:53

IslamTimes - İranın cənub-şərqində yeni hərbi təlim başlayıb.


APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, “Uca Peyğəmbər - 8” adlanan təlim üç gün davam edəcək.

Təlimdə İran İslam İnqilabı Keşikçilər Korpusunun (“SEPAH”) Quru Qoşunları və Hava-Kosmik Qüvvələri iştirak edir. Təlim Bəndər Abbas yaxınlığındakı Zərənd və Sircan bölgələrində keçirilir. Təlimə “SEPAH”ın baş komandanı, general-mayor Məhəmməd Əli Cəfəri, “SEPAH”ın Quru Qoşunlarının komandanı, general Məhəmməd Pakpur, “SEPAH”ın Hava-Kosmik Qüvvələrinin komandanı və digər yüksək rütbəli hərbçilər qatılıblar.


Story Code: 241968

News Link :
https://www.islamtimes.org/az/news/241968/iranda-yeni-hərbi-təlim-keçirilir

Islam Times
  https://www.islamtimes.org