QR CodeQR Code

Avropa Birliyi üzv dövlətləri İsrail məskunlaşma planını dəstəkləməməyə çağırıb

Islamtimes , 27 Feb 2013 15:56

İslamtimes - Avropa Birliyi 27 üzv dövlətə səslənərək İsrailin işğal edilmiş Fələstin ərazisində həyata keçirdiyi məskunlaşma siyasətini dəstəkləməməyi məsləhət görüb.


islamtimes.org/az/ - Avropa Birliyinin Qüds və Ramallahdakı missiya rəhbəri çərşənbə günü hesabat hazırlayaraq deyib ki, İsraili rejiminin məskunlaşma siyasəti məqsədyönlü şəkildə dağıdıcı və təhrik edici xarakter daşıyır.

Hesabatda deyilir: “Tədqiqat, təhsil və texnoloji əməkdaşlıqlar da daxil olmaqla Avropa Birliyi proqramlarından bu siyasəti dəstəkləmək üçün istifadə edilməməsi tələb edilir.”

2012-ci il 29 noyabrda Fələstinin BMT tərəfindən qeyri üzv müşahidəçi dövlət kimi tanındıqdan sonra Tel Əviv rejimi qeyri qanuni məskunlaşmanı genişləndirməyi planlaşdırdı.

İsrail rejimi beynəlxalq ictimaiyyətin narazılıqlarına baxmayaraq Şərqi Qüdsdə qeyri qanuni olaraq 5000 yeni məskunlaşma ərazisi salmağı planlaşdırır.

Yarım milyondan artıq israilli 1967-ci ildə İsrailin işğal etdiyi Qərb Sahili və Şərqi Qüdsdə qeyri qanuni məskunlaşaraq yaşayır.

Yanvar ayında BMT İsrailə səslənərək məskunlaşma planından əl çəkməsini tələb edib və bildirib ki, bu hərəkət Dördüncü Cenevrə Konvensiyasının 49-cu maddəsi ilə ziddir.


Story Code: 242913

News Link :
https://www.islamtimes.org/az/news/242913/avropa-birliyi-üzv-dövlətləri-israil-məskunlaşma-planını-dəstəkləməməyə-çağırıb

Islam Times
  https://www.islamtimes.org