QR CodeQR Code

Əl-Nüsrə yaraqlıları Suriyada iki fələstinlini edam etdi

4 Mar 2013 07:58

IslamTimes - İki fələstinli qaçqını Suriya Dövləti ilə həmkarlıq ittihamı ilə vəhşicəsinə dar ağacından asıblar.


“Suriya İnsan Hüquqları Təşkilatı”: “Silahlı yaraqlılar, qeyd olunan iki zavallı fələstinlini, Yərmuk düşərgəsindəki “Fələstin” meydanında, ağacdan asaraq həyatlarına son qoyublar.”
ABNA - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən mərkəzi Londonda yerləşən “Suriya İnsan Hüquqları Təşkilatı” müdhiş bir xəbər yayımlayıb. Xəbərdə əl-Qaidə terror təşkilatının fəal qanadı olan Əl-Nüsrə yaraqlılarının növbəti cinayətinə işarə olunaraq deyilir: “Silahlı ünsürlər, “Yərmuk” məntəqəsindəki Suriya Dövləti tərəfindən Fələstin qaçqınlarına verilən düşərgədə, iki fələstinli qaçqını Suriya Dövləti ilə həmkarlıq ittihamı ilə vəhşicəsinə dar ağacından asıblar.”


Story Code: 244026

News Link :
https://www.islamtimes.org/az/news/244026/əl-nüsrə-yaraqlıları-suriyada-iki-fələstinlini-edam-etdi

Islam Times
  https://www.islamtimes.org