QR CodeQR Code

İordaniyada suriyalı müxaliflərə təlim keçirilir

7 Mar 2013 09:45

IslamTimes - Amerikan, fransız, və ingilis mütəxəssisləri Azad Suriya Ordusuna hərbi təlimlər keçir.


"IslamTimes" bildirir ki, İtaliyanın "Corriere Della Sera" qəzeti İordaniya çöllərində suriyalı müxaliflərə təlim keçirildiyi barədə yazıb. Təlimlərə amerikan, fransız, və ingilis mütəxəssislərin rəhbərlik etdiyi bildirilir. İordaniyanın paytaxtı Ommanın şimalında keçirilən təlim mərkəzindəki maket əslində böyük bir şəhər şəklində hazırlanıb. Burada 67 bina, sərnişin təyyarəsi ilə hava limanı, rəmzi bir səfirlik və s. quraşdırılıb.

Xatırladaq ki, terroristlərdən ibarət Azad Suriya Ordusu son günlər Suriya hərbiçiləri tərəfindən sarsıdıcı məğlubiyyətlərə məruz qalıb. Prezident Bəşar Əsəd bildirib ki, artıq terroristlər hakimiyyət uğrunda deyil, məhv olmamaq uğrunda mübarizə aparırlar.


Story Code: 244906

News Link :
https://www.islamtimes.org/az/news/244906/iordaniyada-suriyalı-müxaliflərə-təlim-keçirilir

Islam Times
  https://www.islamtimes.org