QR CodeQR Code

Səudiyyə Ərəbistanının təhlükəsizlik və kəşfiyyat rəsmiləri Misirdə

9 Mar 2013 10:41

IslamTimes - Səudiyyə Ərəbistanı Təhlükəsizlik Nazirliyi üzvlərindən ibarət qrup Misirə daxil oldub.


"IslamTimes" Qahirə hava limanında olan məlumatlı mənbəyə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Təhlükəsizlik Nazirliyi üzvlərindən ibarət qrup Misirə daxil oldub.

Mənbə bildirir ki, bu heyət Səudiyyə Ərəbistanının ümumi Təhlükəsizlik Nazirliyi işçilərindən ibarət olub və Səudiyyə Hava Yollarına məxsus təyyarə ilə Riyazdan Qahirəyə gəlib.

Bu kəşfiyyat və təhlükəsizlik heyətinin rəhbəri Ali Səud rejiminin Kəşfiyyat İdarəsinin müavini Yusif Əli İdrisdir.

Mənbə həmçinin qeyd edib: Misir Təhlükəsizlik Nazirliyindən olan nümayəndə heyəti Səudiyyə Ərəbistanından gələn qrupu hava limanında qarşılayıb.

Xatırladaq ki, rəsmilərin hansı səbəbdən Qahirəyə gəldiyi və nə vaxtadək burada qalacağı ilə bağlı məlumat verilmir.


Story Code: 245396

News Link :
https://www.islamtimes.org/az/news/245396/səudiyyə-ərəbistanının-təhlükəsizlik-və-kəşfiyyat-rəsmiləri-misirdə

Islam Times
  https://www.islamtimes.org