QR CodeQR Code

Venesuela hökuməti Çavesin cənazəsini mumiyalamamaq qərarına gəldi

14 Mar 2013 09:40

IslamTimes - Venesuelanın mərhum prezidenti Uqo Çavesin cənazəsi uzun müddət ərzində mumiyalanmış halda saxlanmayacaq.


Bu barədə Venesuela prezidenti vəzifəsini icra edən Nikolas Maduro bildirib, - “BBC”.
 
Bundan öncə Venesuela hökuməti Uqo Çavesin cənazəsini Lenin, Xo Şi, Mao kimi mumiyalayıb saxlamaq niyyətində idi. Hazırda onun mumiyalanmış cəsədi Karakas muzeyində saxlanılır və insanlar onunla vidalaşır.
 
Lakin, Maduro bildirib ki, onlar Rusiya və Almaniyadan olan ən yaxşı mütəxəssislərlə məsləhətləşmələr aparıblar və onlar bildiriblər ki, Çavesin cənazəsini uzun müddətə mumiyalamaq mümkün olmayacaq. “Cənazə düzgün qaydada hazırlanmayıb. Onun cənazəsini mumiyalamaq barədə qərar daha öncədən qəbul olunmalı idi”, - deyə Maduro bildirib. O, bundan sonra nə edəcəklərini açıqlamayıb.
 
/Deyerler/


Story Code: 246541

News Link :
https://www.islamtimes.org/az/news/246541/venesuela-hökuməti-çavesin-cənazəsini-mumiyalamamaq-qərarına-gəldi

Islam Times
  https://www.islamtimes.org