QR CodeQR Code

ABŞ-dan Ərdoğana sionizm məktubu

14 Mar 2013 10:15

IslamTimes - ABŞ Konqresinin 89 üzvü Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana bu yaxınlarda sionizmlə bağlı səsləndirdiyi fikirlərinə görə məktub göndərib.


Məktubda Ərdoğandan sionizmlə faşizmi eyni tutan fikirlərini geri götürmək və üzr istəmək tələb olunur, - “haberturk”.
 
ABŞ Konqresi tərəfindən göndərilmiş məktubda Türkiyə ilə İsrail rejimi arasındakı tarixi dostluğa və davam edən ticarətə də vurğu edilir.
 
Türkiyənin Vaşinqtondakı səfirliyinə göndərilən məktubda, regionda təhlükəsizlik üçün Türkiyə-İsrail rejimi əlaqələrinin bərpasına da çağırış olunur. “Sizdən sionizmi faşizm və anti-semitizm ilə bir tutan və bunları insanlığa qarşı cinayət adlandırdığınız fikirlərini geri götürməyini səbirsizliklə gözləyirik”, - deyə Konqresin 89 üzvünün imzaladığı məktubda bildirilir.  /Deyerler/


Story Code: 246543

News Link :
https://www.islamtimes.org/az/news/246543/abş-dan-ərdoğana-sionizm-məktubu

Islam Times
  https://www.islamtimes.org