0
Thursday 14 March 2013 - 10:15

ABŞ-dan Ərdoğana sionizm məktubu

Story Code : 246543
ABŞ-dan Ərdoğana sionizm məktubu
Məktubda Ərdoğandan sionizmlə faşizmi eyni tutan fikirlərini geri götürmək və üzr istəmək tələb olunur, - “haberturk”.
 
ABŞ Konqresi tərəfindən göndərilmiş məktubda Türkiyə ilə İsrail rejimi arasındakı tarixi dostluğa və davam edən ticarətə də vurğu edilir.
 
Türkiyənin Vaşinqtondakı səfirliyinə göndərilən məktubda, regionda təhlükəsizlik üçün Türkiyə-İsrail rejimi əlaqələrinin bərpasına da çağırış olunur. “Sizdən sionizmi faşizm və anti-semitizm ilə bir tutan və bunları insanlığa qarşı cinayət adlandırdığınız fikirlərini geri götürməyini səbirsizliklə gözləyirik”, - deyə Konqresin 89 üzvünün imzaladığı məktubda bildirilir.  /Deyerler/
Comment