QR CodeQR Code

Çin prezidenti Qərbə yerini göstərdi

24 Mar 2013 09:50

IslamTimes - "Rusiya ilə Çin arasındakı güclü münasibət sadəcə bizim maraqlara xidmət etmir".


Reuters agentliyinin yaydığı xəbərə görə Çinin yeni prezidenti Xi Jinping Şənbə günü Moskvadakı çıxışı zamanı qərb ölkələrini başqa millətlərin işlərinə müdaxilə ilə bağlı xəbərdarlıq etdi.

Beynəlxalq münasibətlər məktəbində rus tələbələrlə görüşü zamanı Xi Jinping deyib ki, biz dünyada bütün olkələrin öz inkişaf yollarını müstəqil şəkildə seçmək hüququna hörmət edərək həmin ölkələrin daxili işlərinə müdaxiləyə qarşı çıxmalıyıq.
Öz çıxışında o bildirib ki, Rusiya ilə Çin arasındakı güclü münasibət sadəcə bizim maraqlara deyil, eyni zamanda beynəlxalq strateji balans və sülhün qorunmasına xidmət edir.

Xatırladaq ki, BMT-nin təhlükəsizlik Şurasının üzvü olan Rusiya və Çin Amerikanın və NATO müttəfiq ölkələrinin təsir gücünü azaltmaq məqsədi ilə birlikdə hərəkət edərək 3 dəfə Suriya ilə bağlı qəbul edilən 3 qətnaməyə veto qoyublar.  /AzNews/


Story Code: 248787

News Link :
https://www.islamtimes.org/az/news/248787/çin-prezidenti-qərbə-yerini-göstərdi

Islam Times
  https://www.islamtimes.org