0
Sunday 24 March 2013 - 09:50

Çin prezidenti Qərbə yerini göstərdi

Story Code : 248787
Çin prezidenti Qərbə yerini göstərdi
Reuters agentliyinin yaydığı xəbərə görə Çinin yeni prezidenti Xi Jinping Şənbə günü Moskvadakı çıxışı zamanı qərb ölkələrini başqa millətlərin işlərinə müdaxilə ilə bağlı xəbərdarlıq etdi.

Beynəlxalq münasibətlər məktəbində rus tələbələrlə görüşü zamanı Xi Jinping deyib ki, biz dünyada bütün olkələrin öz inkişaf yollarını müstəqil şəkildə seçmək hüququna hörmət edərək həmin ölkələrin daxili işlərinə müdaxiləyə qarşı çıxmalıyıq.
Öz çıxışında o bildirib ki, Rusiya ilə Çin arasındakı güclü münasibət sadəcə bizim maraqlara deyil, eyni zamanda beynəlxalq strateji balans və sülhün qorunmasına xidmət edir.

Xatırladaq ki, BMT-nin təhlükəsizlik Şurasının üzvü olan Rusiya və Çin Amerikanın və NATO müttəfiq ölkələrinin təsir gücünü azaltmaq məqsədi ilə birlikdə hərəkət edərək 3 dəfə Suriya ilə bağlı qəbul edilən 3 qətnaməyə veto qoyublar.  /AzNews/
Comment