QR CodeQR Code

Suriya müxalifətinin lideri istefaya getdi

25 Mar 2013 12:09

IslamTimes - Suriya müxalifətinin bir-biri ilə müxalif olduğu bir daha sübut olundu.


Suriya müxalifətinin lideri Muaz əl-Xətib ötən gün istefaya getdiyini bəyan edib, - “Lenta”.
 
Muaz əl-Xətib istefaya getməsi barədə məlumatı özünün şəxsi “Facebook” səhifəsində yerləşdirib. O bildirib ki, daha müstəqil şəkildə işləmək niyyətindədir və bu vəzifədə olmaq ona müstəqil fəaliyyət göstərməyə imkan vermir.
 
Muaz əl-Xətib eyni zamanda əlavə edib ki, müxalifət koalisiyasına rəhbərlik etdiyi dövrdə bir daha əmin olub ki, Suriya xalqı öz problemlərini özü həll etməlidir.
 
“Mən bildirmişdim ki, əgər müəyyən bir həddə çatsaq mən istefaya gedəcəm. İndi isə sözümü tuturam”, - deyə Muaz əl-Xətib bildirib. /Deyerler/


Story Code: 248959

News Link :
https://www.islamtimes.org/az/news/248959/suriya-müxalifətinin-lideri-istefaya-getdi

Islam Times
  https://www.islamtimes.org