0
Monday 25 March 2013 - 12:09

Suriya müxalifətinin lideri istefaya getdi

Story Code : 248959
Suriya müxalifətinin lideri istefaya getdi
Suriya müxalifətinin lideri Muaz əl-Xətib ötən gün istefaya getdiyini bəyan edib, - “Lenta”.
 
Muaz əl-Xətib istefaya getməsi barədə məlumatı özünün şəxsi “Facebook” səhifəsində yerləşdirib. O bildirib ki, daha müstəqil şəkildə işləmək niyyətindədir və bu vəzifədə olmaq ona müstəqil fəaliyyət göstərməyə imkan vermir.
 
Muaz əl-Xətib eyni zamanda əlavə edib ki, müxalifət koalisiyasına rəhbərlik etdiyi dövrdə bir daha əmin olub ki, Suriya xalqı öz problemlərini özü həll etməlidir.
 
“Mən bildirmişdim ki, əgər müəyyən bir həddə çatsaq mən istefaya gedəcəm. İndi isə sözümü tuturam”, - deyə Muaz əl-Xətib bildirib. /Deyerler/
Comment