QR CodeQR Code

ABŞ terroristlərlə əməkdaşlığını təsdiqlədi

26 Mar 2013 10:29

IslamTimes - ABŞ dövlətinin Suriyadakı cinayətkarlara hərbi təlim keçdiyi Amerika administrasiyasının nümayəndələri tərəfindən təsdiqlənib.


Artıq bir daha ABŞ dövlətinin Suriyadakı özünü müxalifət adlandıran cinayətkarlara təlim keçdiyi təsdiqlənib. Belə ki, "Vesti"  informasiya agentliyinin yaydığı məlumata görə bu barədə Amerika administrasiyasının nümayəndələri jurnalistlərə müsahibə zamanı açıqlama verib. Amerika kəşfiyyatının təlimlərində Böyük Britaniya və Fransanın da iştirak etdiyi bildirilir.

Xatırladaq ki, Suriyada hakimiyyətlə vuruşan terroristlər bu günədək kimyəvi silahdan istifadə, azyaşlılar, qadınlar, Əsəd hakimiyyətinə qarşı çıxmayan dinc sakinlərin qətliamı kimi ağlasığmaz cinayətlərə yol verib. Onlar məsciddə törətdiyi son partlayış zamanı 50 nəfərə yaxın dinc sakin həlak olub. Amma ABŞ, Türkiyə, Qatar, Səudiyyə rejimi kimi dövlətlər bu cinayətlərə hələ də göz yumur və terroristlərə dəstəkləməkdə davam edir.


Story Code: 249118

News Link :
https://www.islamtimes.org/az/news/249118/abş-terroristlərlə-əməkdaşlığını-təsdiqlədi

Islam Times
  https://www.islamtimes.org