0
Tuesday 26 March 2013 - 10:29

ABŞ terroristlərlə əməkdaşlığını təsdiqlədi

Story Code : 249118
ABŞ terroristlərlə əməkdaşlığını təsdiqlədi
Artıq bir daha ABŞ dövlətinin Suriyadakı özünü müxalifət adlandıran cinayətkarlara təlim keçdiyi təsdiqlənib. Belə ki, "Vesti"  informasiya agentliyinin yaydığı məlumata görə bu barədə Amerika administrasiyasının nümayəndələri jurnalistlərə müsahibə zamanı açıqlama verib. Amerika kəşfiyyatının təlimlərində Böyük Britaniya və Fransanın da iştirak etdiyi bildirilir.

Xatırladaq ki, Suriyada hakimiyyətlə vuruşan terroristlər bu günədək kimyəvi silahdan istifadə, azyaşlılar, qadınlar, Əsəd hakimiyyətinə qarşı çıxmayan dinc sakinlərin qətliamı kimi ağlasığmaz cinayətlərə yol verib. Onlar məsciddə törətdiyi son partlayış zamanı 50 nəfərə yaxın dinc sakin həlak olub. Amma ABŞ, Türkiyə, Qatar, Səudiyyə rejimi kimi dövlətlər bu cinayətlərə hələ də göz yumur və terroristlərə dəstəkləməkdə davam edir.
Comment