QR CodeQR Code

BMT İsrail işğalını pisləyən 5 yeni qətnamə qəbul edib

İslamtimes , 26 Mar 2013 15:13

Islamtimes - BMT-nin Avro-Aralıq Dənizi üzrə insan hüquq müdafiə müşahidəçiləri BMT-nin insan hüquqları şurasında İsrail işğalını pisləyən yeni beş qətnamə qəbul ediblər.


islamtimes.org/az/ - Müşahidəçilərin yaydığı bəyanatda deyilir ki, İnsan Hüquqları Şurası tərəfindən qəbul edilən qətnamələr İsraili kəskin şəkildə tənqid etmişdir.

Bəyanatda deyilir ki, qətnamələrədən ən mühüm olanı Qərb Sahilində və işğal edilmiş Yerusəlimdə məskunlaşmanın təsiri haqqında Fakt Araşdırıcı Missiyanın təklif etdiyi tövsiyələrin həyata keçirilməsini tələb edir.

Qətnamə İsrailin işğal edilmiş Qərb Sahilindən geri çəkilməsini tələb edir və bu ərazilərdə İsrail məskunlaşmasını qeyri qanuni hesab edir. 45 üzv dövlət bu qətnamənin lehinə səs vermiş və yalnız üzv dövlətlədən ABŞ qətnamənin əleyhinə səs vermişdir.

Digər qətnamələr isə 2008-2009-ci illər Qəzza müharibəsi haqqında olan hesbatın həyata keçirilməsi və fələstinlilərin öz talelərini həll etmək üçün lazım olan hüquqların verilməsini tələb edir.

Hər bir qətanmənin əleyhinə səs verən yeganə üzv dövlət yalnız ABŞ oldu. Beş qətnamənin hər biri keçən bazar ertəsi günü Cenevrədə baş tutan BMT Şurasının 22-ci iclasında müzakirə edildi.


Story Code: 249178

News Link :
https://www.islamtimes.org/az/news/249178/bmt-israil-işğalını-pisləyən-5-yeni-qətnamə-qəbul-edib

Islam Times
  https://www.islamtimes.org