QR CodeQR Code

“İranla AEBA arasında müzakirələrin uğurlu olması üçün hər cür siyasi qalmaqalın qarşısı alınmalıdır”

26 Mar 2013 23:19

IslamTimes - Əli Əsgər Sultaniyə: “İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında aparılan müzakirələrin uğurlu olması üçün hər cür siyasi qalmaqalın qarşısı alınmalıdır”.


APA-nın İSNA-ya istinadən məlumatına görə, bu fikirləri  İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə deyib.
 
O bildirib ki,   ölkəsində uranın 20 faiz zənginləşdirilməsi prosesi uğurla davam edir: “ İranda uranın zənginləşdirilməsi sülh  məqsədləri, o cümlədən Tehran tədqiqat reaktorunun yanacağı, xəstəxanalarda radio izotopları üçün nəzərdə tutulub. AEBA-nın baş direktoru İranla bağlı fevral hesabatında bildirib ki, Tehranla  müzakirələr təxirə salınmadan davam etdiriləcək. Bu hesabatdan da görünür ki, İranın nüvə proqramında hərbi məqsədlərə doğru yayınma halı olmayıb”.


Story Code: 249259

News Link :
https://www.islamtimes.org/az/news/249259/iranla-aeba-arasında-müzakirələrin-uğurlu-olması-üçün-hər-cür-siyasi-qalmaqalın-qarşısı-alınmalıdır

Islam Times
  https://www.islamtimes.org