QR CodeQR Code

İran sanksiyalara baxmayaraq neft ixracını artırır

29 Mar 2013 09:15

IslamTimes - İran Avropa Birliyinin və ABŞ-ın sanksiyalarına baxmayaraq neft ixracının həcmini artırır.


APA-nın “Vesti”yə istinadən verdiyi xəbərə görə, bir gün öncə 2 mln barel neft daşımaq imkanı olan Çin tankeri İranın ən iri ixrac terminalında yan alıb.  
 
Məlumata görə, İranla yüklərin sığortalanmasına Avropa Birliyinin keçən ilin iyulunda tətbiq etdiyi qadağadan sonra Çinin bu tip iri tankeri İran limanına ilk dəfədir ki daxil olur. Beləliklə Çin yenidən İrandan böyük həcmdə neft tədarükü görməyə başlayıb.  
 
Qeyd edək ki, Yaponiya həmçinin bu ilin fevralında İran neftinin idxalını 321 min barelədək artırıb. Bu rəqəm 2012-ci ilin mart ayından ən yüksək göstəricidir.


Story Code: 249730

News Link :
https://www.islamtimes.org/az/news/249730/iran-sanksiyalara-baxmayaraq-neft-ixracını-artırır

Islam Times
  https://www.islamtimes.org