0
Friday 29 March 2013 - 09:15

İran sanksiyalara baxmayaraq neft ixracını artırır

Story Code : 249730
İran sanksiyalara baxmayaraq neft ixracını artırır
APA-nın “Vesti”yə istinadən verdiyi xəbərə görə, bir gün öncə 2 mln barel neft daşımaq imkanı olan Çin tankeri İranın ən iri ixrac terminalında yan alıb.  
 
Məlumata görə, İranla yüklərin sığortalanmasına Avropa Birliyinin keçən ilin iyulunda tətbiq etdiyi qadağadan sonra Çinin bu tip iri tankeri İran limanına ilk dəfədir ki daxil olur. Beləliklə Çin yenidən İrandan böyük həcmdə neft tədarükü görməyə başlayıb.  
 
Qeyd edək ki, Yaponiya həmçinin bu ilin fevralında İran neftinin idxalını 321 min barelədək artırıb. Bu rəqəm 2012-ci ilin mart ayından ən yüksək göstəricidir.
Comment