QR CodeQR Code

Əfqanıstanda 6 amerikalı ölüb

7 Apr 2013 08:40

IslamTimes - Əfqanıstanın cənubunda Zabul vilayətində minalanmış avtomobilin partladılması nəticəsində 5 amerikalı və bir əfqanlı həkim həlak olub.


APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibi Con Kerri bildirib ki, Dövlət Departamentini və Müdafiə Nazirliyini müvafiq olaraq təmsil edən üç hərbçi və mülki məmur Kalat şəhərindəki məktəbə kitab ianə etməyə gedirmişlər.    

Partlayış humanitar konvoy Zabul vilayətinin qubernatoru Məhəmməd Əşrəf Naserinin  kortejinin yaxınlığından keçərkən törədilib. Partlayış nəticəsində qubernator xəsarət almayıb.  

Bundan başqa, daha bir ABŞ hərbçisi ölkənin şərqində baş vermiş silahlı hücum nəticəsində həlak olub. Bütün insidentlərə görə məsuliyyəti öz üzərinə “Taliban” hərəkatı götürüb.


Story Code: 252179

News Link :
https://www.islamtimes.org/az/news/252179/əfqanıstanda-6-amerikalı-ölüb

Islam Times
  https://www.islamtimes.org