QR CodeQR Code

Bəhreyndə xalq qiyamı genişlənir

12 Apr 2013 11:54

IslamTimes - Bəhreyndə xalq Ali-Xəlifə rejiminə qarşı etirazlarını genişləndirirlər


Livanın Əl-Minar kanalı Bəhreyndəki milli Əl-Vifaq islam cəmiyyətinin nümayəndəsi Tahir Musaya istinadən xəbər verir: Bəhreyndə xalqın siyasi və hüquqi zəmində etirazları cümə günü aprelin 12-dən ” Demokratiya haqqımızdır ” şüarı altında şiddətləndiriləcək.
 
Onun sözlərinə görə, Tahir Musa deyib ki , Bəhreynin müxtəlif bölgələrində dinc aksiyalar keçiriləcək və bu aksiyalarda demokratiyanın bərqərarına, eləcə də ədalətli sistemin qurulmasına təkid olunacaq.
 
Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı qiyam 2011-ci ilin fevral ayında başlanıb və repressiyalara baxmayaraq xalq ədalət uğrunda mübarizəsini davam etdirir. /QafqazNews/


Story Code: 253611

News Link :
https://www.islamtimes.org/az/news/253611/bəhreyndə-xalq-qiyamı-genişlənir

Islam Times
  https://www.islamtimes.org