QR CodeQR Code

“ABŞ müstəqil siyasət yürüdən bir ölkə görmək istəmir”

QafqAzNews , 21 Apr 2013 08:04

IslamTimes - Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd, “Əl İxbaria” televiziyasına Suriaynın müstəqilliyinin 67-ci ildönümü münasibəti ilə açıqlama verib.


Suriyanın “neo-müstəmləkəçi qüvvələrin hücumuna məruz qaldığını” bildirən Bəşər Əsəd, “ABŞ başda olmaqla, qərb dövlətləri müstəqil siyasət yürüdən bir ölkə görmək istəmir.” deyib.
 
Əsəd, “Zəfərdən başqa seçim yoxdur. Biz məğlub olsaq, Suriya yox olacaq. Suriya xalqının belə bir addım atacağını zənn etmirəm.” deyib.
 
Bundan başqa, Suriya prezidenti, qərb ölkələrinə terrorçuları dəstəkləmələri ilə bağlı xəbərdarlıq edib. O, terrorçulara dəstək verməyin ABŞ və Avropa Birliyi ölkələrinə baha başa gələcəyini bildirib.
 
Əsəd, İordaniya hökumətinin Suriyaya keçən terrorçulara maneə olmdağını bildirərək, bu ölkənin rəhbərliyini tənqid edib.


Story Code: 256312

News Link :
https://www.islamtimes.org/az/news/256312/abş-müstəqil-siyasət-yürüdən-bir-ölkə-görmək-istəmir

Islam Times
  https://www.islamtimes.org