0
Sunday 21 April 2013 - 08:04

“ABŞ müstəqil siyasət yürüdən bir ölkə görmək istəmir”

Story Code : 256312
“ABŞ müstəqil siyasət yürüdən bir ölkə görmək istəmir”
Suriyanın “neo-müstəmləkəçi qüvvələrin hücumuna məruz qaldığını” bildirən Bəşər Əsəd, “ABŞ başda olmaqla, qərb dövlətləri müstəqil siyasət yürüdən bir ölkə görmək istəmir.” deyib.
 
Əsəd, “Zəfərdən başqa seçim yoxdur. Biz məğlub olsaq, Suriya yox olacaq. Suriya xalqının belə bir addım atacağını zənn etmirəm.” deyib.
 
Bundan başqa, Suriya prezidenti, qərb ölkələrinə terrorçuları dəstəkləmələri ilə bağlı xəbərdarlıq edib. O, terrorçulara dəstək verməyin ABŞ və Avropa Birliyi ölkələrinə baha başa gələcəyini bildirib.
 
Əsəd, İordaniya hökumətinin Suriyaya keçən terrorçulara maneə olmdağını bildirərək, bu ölkənin rəhbərliyini tənqid edib.
Source : QafqAzNews
Comment