QR CodeQR Code

Mövsüm Səmədovun namizədliyinin irəli sürülməsi üçün imza toplanılır

Faktxeber , 25 Apr 2013 11:14

Islamtimes - Elçin Manafov: “Görüşlərimiz zamanı müşahidə etdik ki, islamçılar və qeyri-islamçılar Mövsüm Səmədovun namizədliyinin tərəfdarıdırlar”


Bu barədə FaktXeber.com-a Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov məlumat verib. Elçin Manafov bildirdi ki, regionlara səfərləri zamanı yerli camaatın belə bir təşəbbüslə imza topladığını müşahidə ediblər:

“Görüşlərimiz zamanı müşahidə etdik ki, islamçılar və qeyri-islamçılar Mövsüm Səmədovun namizədliyinin tərəfdarıdırlar. Bununla bağlı həmin şəxslər Mövsüm Səmədova müraciət etmək istəyirlər. Ona görə də imza toplayaraq Mövsüm Səmədova bildirmək istəyirlər ki, biz sənin namizədliyini istəyirik.”

Elçin Manafov onu da bildirdi ki, AİP olaraq insanların şəxsi təşəbbüsünü dəstəkləyirlər: “Bizim də istəyimiz budur ki, Doktor Səmədov öz namizədliyini irəli sürsün və onu ölkəmizə rəhbər kimi görək.”


Story Code: 257793

News Link :
https://www.islamtimes.org/az/news/257793/mövsüm-səmədovun-namizədliyinin-irəli-sürülməsi-üçün-imza-toplanılır

Islam Times
  https://www.islamtimes.org