0
Thursday 25 April 2013 - 11:14

Mövsüm Səmədovun namizədliyinin irəli sürülməsi üçün imza toplanılır

Story Code : 257793
Mövsüm Səmədovun namizədliyinin irəli sürülməsi üçün imza toplanılır
Mövsüm Səmədovun namizədliyinin irəli sürülməsi üçün imza toplanılır
Bu barədə FaktXeber.com-a Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov məlumat verib. Elçin Manafov bildirdi ki, regionlara səfərləri zamanı yerli camaatın belə bir təşəbbüslə imza topladığını müşahidə ediblər:

“Görüşlərimiz zamanı müşahidə etdik ki, islamçılar və qeyri-islamçılar Mövsüm Səmədovun namizədliyinin tərəfdarıdırlar. Bununla bağlı həmin şəxslər Mövsüm Səmədova müraciət etmək istəyirlər. Ona görə də imza toplayaraq Mövsüm Səmədova bildirmək istəyirlər ki, biz sənin namizədliyini istəyirik.”

Elçin Manafov onu da bildirdi ki, AİP olaraq insanların şəxsi təşəbbüsünü dəstəkləyirlər: “Bizim də istəyimiz budur ki, Doktor Səmədov öz namizədliyini irəli sürsün və onu ölkəmizə rəhbər kimi görək.”
Source : Faktxeber
Comment