QR CodeQR Code

Rusiya: Kimyəvi silahlar iddiası Suriyaya hücuma bəhanə ola bilməz

Islamtimes , 28 Apr 2013 15:01

İslamtimes - Rusiya xarici işlər nazirinin müavini Mixayil Boqdanov deyib ki, Suriyada kimyəvi silahların olması iddiası ölkəyə qarşı hərbi müdaxiləyə bəhanə ola bilməz.


islamtimes.org/az/ - Şənbə günü Baqdanov jurnalistlərə müsahibəsində deyib: “Biz həqiqəti bilməliyik və tutarlı sübutumuz olmalıdır, sadəcə heç bir sübut olmadan mediada deyilən məlumatlara inana bilmərik.”

O əlavə edərək deyib ki, iddialar beynəlxalq qanunlar çərçivəsində sübut olunmalıdır və bu iddialardan başqa məqsədləri ələ gətirmək üçün istifadə olunmamlıdır.

Rusiya rəsmisi deyib: “Biz kimyəvi silahlar bəhanəsindən istifadə edilərək İraqın işğalını müşahidə etdik və sonda məlum oldu ki, orada heç bir şey yox imiş.”

Rusiya rəsmisi bu açıqlamanı ABŞ müdafiə naziri Çak Hagelin iddia edərək Amerika kəşfiyyatının Suirya hökumətinin kimyəvi silahlardan istifadə etməsi haqqında məlumat əldə etdiyini bildirdikdən iki gün sonra etdi.

Cümə günü adı çəkilməyən Suirya rəsmisi bu ittihamları rədd edərək deyib ki, Dəməşq öz gücünə və adi silahlara güvənərək Suriyanın istədiyi ərazisinə gedə bilər və kimyəvi silahlardan istifadəyə heç bir ehtiyac yoxdur.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla bu münaqişə nəticəsində xeyli dinc insan həlak olub.

Suriya hökuməti bildirib ki, münaqişə xaricdən idarə edilir və dövlətə qarşı döyüşən üsyançıların əksəriyyəti xarici vətəndaşlardan ibarətdir.

Suriya hökuməti Qərb və onun regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyəni üsyançıları dəstəkləməkdə ittiham edib.


Story Code: 258789

News Link :
https://www.islamtimes.org/az/news/258789/rusiya-kimyəvi-silahlar-iddiası-suriyaya-hücuma-bəhanə-ola-bilməz

Islam Times
  https://www.islamtimes.org