QR CodeQR Code

Səudiyyəli vəhhabilər Şərq Əyalətində iki şiə fəalı həbs ediblər

Islamtimes , 30 Apr 2013 17:40

İslamtimes -Səudiyyə təhlükəsizlik qüvvələri Şərq Əyalətində yerləşən əl Avamiyyə kəndində hökumət əleyhinə olan iki fəalın evinə basqın edərək atəş açmış və həbs etmişdilər.


islamtimes.org/az/ - Rejim qüvvələri bu basqını bazar ertəsi günü həyata keçiriblər. Şahidlərin bildirdiyinə görə şiə fəallardan biri həbs edilib aparılarkən bədəni qana boyanmışdır.

Səudiyyəli fəalların bildirdiyinə görə həbs edilənlərdən biri Abdullah əl Suriahın adı krallıqda rejim əleyhinə nümayişlər təşkil etməkdə ittiham edilərək Səudiyyə Daxili işlər nazirliyinin axtarılanlar siyahısında olub.

2011-ci ilin fevral ayından etibarən Səudiyyə Ərəbistanın Şərq Əyalətində mütəmadi olaraq siyasi islahatlar keçirmək tələbi ilə etiraz nümayişləri keçirirlər.
2011-ci ilin noyabr ayından etibarən təhlükəsizlik qüvvələrinin Qətifdəki etirazçılara atəş açaraq beş nəfəri qətlə yetirdikdən və xeyli insanı da yaraladıqdan sonra hökumət əleyhinə nümayişlər intensiv hal aldı.

2012-ci ilin oktyabr ayında Amnesty İnternational Səudiyyə hökumətinə müraciət edərək demokratiya yönümlü etirazçılara qarşı zor işlətməkdən əl çəkməsini tələb etmişdir.

Amnesty İnternational-ın Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Filip Luter deyib: "Səudiyyə hökuməti ölkədə kütləvi həbslərə qarşı etiraz edən dinc xalqa qarşı zorakılığa son qoymalıdır."
O əlavə edərək deyib: "İnsanların dinc etiraz nümayişləri təşkil etmək haqqlarına hörmət ilə yanaşılmalıdır və təhlükəsizlik qüvvələri insanları həbs etməkdən və insanlara qarşı zor tətbiq etməkdən çəkinməlidir."


Story Code: 259464

News Link :
https://www.islamtimes.org/az/news/259464/səudiyyəli-vəhhabilər-şərq-əyalətində-iki-şiə-fəalı-həbs-ediblər

Islam Times
  https://www.islamtimes.org