0
Tuesday 30 April 2013 - 17:40

Səudiyyəli vəhhabilər Şərq Əyalətində iki şiə fəalı həbs ediblər

Story Code : 259464
Səudiyyəli vəhhabilər Şərq Əyalətində iki şiə fəalı həbs ediblər
Səudiyyəli vəhhabilər Şərq Əyalətində iki şiə fəalı həbs ediblər
Islam times.org/az/ - Rejim qüvvələri bu basqını bazar ertəsi günü həyata keçiriblər. Şahidlərin bildirdiyinə görə şiə fəallardan biri həbs edilib aparılarkən bədəni qana boyanmışdır.

Səudiyyəli fəalların bildirdiyinə görə həbs edilənlərdən biri Abdullah əl Suriahın adı krallıqda rejim əleyhinə nümayişlər təşkil etməkdə ittiham edilərək Səudiyyə Daxili işlər nazirliyinin axtarılanlar siyahısında olub.

2011-ci ilin fevral ayından etibarən Səudiyyə Ərəbistanın Şərq Əyalətində mütəmadi olaraq siyasi islahatlar keçirmək tələbi ilə etiraz nümayişləri keçirirlər.
2011-ci ilin noyabr ayından etibarən təhlükəsizlik qüvvələrinin Qətifdəki etirazçılara atəş açaraq beş nəfəri qətlə yetirdikdən və xeyli insanı da yaraladıqdan sonra hökumət əleyhinə nümayişlər intensiv hal aldı.

2012-ci ilin oktyabr ayında Amnesty İnternational Səudiyyə hökumətinə müraciət edərək demokratiya yönümlü etirazçılara qarşı zor işlətməkdən əl çəkməsini tələb etmişdir.

Amnesty İnternational-ın Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Filip Luter deyib: "Səudiyyə hökuməti ölkədə kütləvi həbslərə qarşı etiraz edən dinc xalqa qarşı zorakılığa son qoymalıdır."
O əlavə edərək deyib: "İnsanların dinc etiraz nümayişləri təşkil etmək haqqlarına hörmət ilə yanaşılmalıdır və təhlükəsizlik qüvvələri insanları həbs etməkdən və insanlara qarşı zor tətbiq etməkdən çəkinməlidir."
Source : Islamtimes
Comment