QR CodeQR Code

Əhməd Vəhidi: “İranın Azərbaycan Respublikası ilə münasibətlərini pozmağa çalışırlar”

5 May 2013 18:21

IslamTimes - İranın müdafiə naziri, general-mayor Əhməd Vəhidi Qərbi Azərbaycan vilayətinə səfər edib.


APA-nın İRNA-ya istinadən məlumatına görə, Ə. Vəhidi Poldəşt şəhərinin əhalisi qarşısında çıxışı zamanı İran-Azərbaycan münasibətlərindən danışıb.
 
Nazir bildirib ki, qonşu ölkələrlə əməkdaşlıq münasibətlərinin qurulması İranın prinsipial siyasətidir: “Poldəşt şəhərinin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşməsi mühüm əhəmiyyət kəsb edir. Ancaq bəzi görünən və görünməz əllər İranın qonşu ölkələrlə, o cümlədən Azərbaycan Respublikası ilə münasibətlərini pozmağa çalışırlar. Lakin biz əlaqələrimizi gücləndirməklə qonşu ölkələrlə münasibətlərimizə müdaxilə edilməsinə və pozulmasına imkan verməyəcəyik”.


Story Code: 260983

News Link :
https://www.islamtimes.org/az/news/260983/əhməd-vəhidi-iranın-azərbaycan-respublikası-ilə-münasibətlərini-pozmağa-çalışırlar

Islam Times
  https://www.islamtimes.org