QR CodeQR Code

İlqar İbrahimoğlu ATƏT-in dəvətilə Varşavaya yola düşür

13 May 2013 08:56

IslamTimes - "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və "Deyerler" xəbər portalının baş redaktoru İlqar İbrahimoğlu ATƏT-in insan ölçüsü üzrə illik toplantısında iştirak etmək üçün Polşanın paytaxtı Varşavaya yola düşür.


ATƏT-in Daimi Şurası egidası altında təşkil edilən bu toplantı, illik format üzrə keçirilir. Budəfəki toplantını KİV azadlığı üzrə müzakirələr formatında keçirmək qərarlaşdırılıb. 
Seminarda təşkil edilən diskussiyalar 3 işçi qrup üzrə olacaq:
 
 
- KİV azadlığını təmin etmək üzrə beynəlxalq mexanizm;
- KİV azadlığını təmin etmək üzrə milli mexanizmlər əsasında qabaqcıl praktika;
- ATƏT çərçivəsində qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi.
 
Toplantının son plenar iclası səsləndirilən təklif və tövsiyələr ətrafında rəy mübadiləsinə həsr ediləcək.


Story Code: 263328

News Link :
https://www.islamtimes.org/az/news/263328/ilqar-ibrahimoğlu-atət-in-dəvətilə-varşavaya-yola-düşür

Islam Times
  https://www.islamtimes.org