QR CodeQR Code

Obama və Ərdoğan: Əsəd getməlidir

Islamtimes , 18 May 2013 00:15

İslamtimes - ABŞ prezidenti Barak Obama Suriya münaqişəsini müzakirə etmək üçün ABŞ-da səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. İki dövlət başçısı bildirib ki, onlar prezident Bəşər Əsədin hakimiyyətdən devrilməsi haqqında razılığa gəliblər.


islamtimes.org/az/ - Suriya hökuməti ilə müxalifətini gələn ay keçiriləcək beynəlxalq konfransda bir araya gətimrək üçün cəhdlərin edildiyi bir vaxtda Obama və Ərdoğan Vaşinqtonda görüşüblər.

Obama Ərdoğan ilə görüşdükdən sonra deyib: “Biz hər ikimiz Əsədin getməsi haqqında fikir birliyindəyik. O hakimiyyəti keçid hökumətinə təhvil verməlidir.”

“Bu münaqişəni həll etməyin yeganə yoludur. Biz Suriyanı Əsəd zülmündən qurtarmaq üçün çalışırıq və bu bütün etnik və dini qrupların arzusudur. Biz Suriyada mövcud olan ekstremizmin kökünü kəsməliyik və bu da həm bizim, həm də Türk xalqının maraqları çərçivəsindədir.”

Ərdoğan isə öz növbəsində deyib ki, Türkiyə və ABŞ mövqeyi Suriyanın xeyrinədir. Bu razılığa əsasən ölkədə qan axıdılmasına son qoymaq, yeni hökumət yaratmaq, Suriyanı terroristlərin bazasına çevrilməsinin və kimyəvi silahlardan istifadənin qarşısını almaq üçün Əsəd hakimiyyətdən getməlidir.


Story Code: 264992

News Link :
https://www.islamtimes.org/az/news/264992/obama-və-ərdoğan-əsəd-getməlidir

Islam Times
  https://www.islamtimes.org