0
Saturday 18 May 2013 - 00:15

Obama və Ərdoğan: Əsəd getməlidir

Story Code : 264992
Obama və Ərdoğan: Əsəd getməlidir
Obama və Ərdoğan: Əsəd getməlidir
Islam times.org/az/ - Suriya hökuməti ilə müxalifətini gələn ay keçiriləcək beynəlxalq konfransda bir araya gətimrək üçün cəhdlərin edildiyi bir vaxtda Obama və Ərdoğan Vaşinqtonda görüşüblər.

Obama Ərdoğan ilə görüşdükdən sonra deyib: “Biz hər ikimiz Əsədin getməsi haqqında fikir birliyindəyik. O hakimiyyəti keçid hökumətinə təhvil verməlidir.”

“Bu münaqişəni həll etməyin yeganə yoludur. Biz Suriyanı Əsəd zülmündən qurtarmaq üçün çalışırıq və bu bütün etnik və dini qrupların arzusudur. Biz Suriyada mövcud olan ekstremizmin kökünü kəsməliyik və bu da həm bizim, həm də Türk xalqının maraqları çərçivəsindədir.”

Ərdoğan isə öz növbəsində deyib ki, Türkiyə və ABŞ mövqeyi Suriyanın xeyrinədir. Bu razılığa əsasən ölkədə qan axıdılmasına son qoymaq, yeni hökumət yaratmaq, Suriyanı terroristlərin bazasına çevrilməsinin və kimyəvi silahlardan istifadənin qarşısını almaq üçün Əsəd hakimiyyətdən getməlidir.
Source : Islamtimes
Comment