QR CodeQR Code

Azərbaycanda daha bir azadlıqdan məhrum edilən məhbus ölüb

Xeber44 , 22 May 2013 14:30

İslamtimes - 13 il müddətinə azadlıqdan məhrum edilən 1955-ci il təvəllüdlü Hüseynov Novruz Məmməd oğlu qəfil ölüb .


Xeber44.com-un Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib.

Binəqədi rayonu ərazisində yerləşən müəssisədə cəzaçəkən, 2004-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il müddətinə azadlıqdan məhrum edilən 1955-ci il təvəllüdlü Hüseynov Novruz Məmməd oğlu qəfil ölüb. O, müəssisənin 2 saylı yataqxanasının dəhlizində qəfil yıxılıb və yerindəcə keçinib.

Qeyd edək ki, dünyasını dəyişmiş məhbus Naxçıvan MR, Şərur rayonunun Yayıcı kəndində anadan olubmuş.

Faktla əlaqədar araşdırmalar aparılır.


Story Code: 266459

News Link :
https://www.islamtimes.org/az/news/266459/azərbaycanda-daha-bir-azadlıqdan-məhrum-edilən-məhbus-ölüb

Islam Times
  https://www.islamtimes.org